Rəsulzadənin Novxanıdakı abidəsi qarşısında tədbir keçirilib
“Yeni Müsavat” qəzetinin məlumatına görə, Novxanıda Rəsulzadənin abidəsi önündə keçirilən tədbirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Azərbaycan Xalq Cümhuriyyətinin və Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu və yazıçı-publisist Mehriban Vəzir çıxış ediblər. Onlar Şərqdə ilk Cümhuriyyət olan ADR-in fəaliyyətindən, nailiyyətlərindən söhbət açıblar.
Çıxışlarda Rəsulzadə və silahdaşlarının Azərbaycan xalqına bəxş etdikləri dövlət müstəqilliyinin mühüm tarixi nailiyyət olduğu vurğulanıb.
Müsavat başqanı çıxışında Arif Hacılı başqa olmaqla 2 aprel aksiyasında və daha sonra həbs olunan, barələrində cinayət işi açılanlardan danışıb, onların azadlığa buraxılmasını vacib olduğunu qeyd edib.
Qəzet yazıb ki, polis qüvvələri Novxanıdakı mitinqə müdaxilə etməyiblər. Ancaq Novxanıya gələn yollar nəzarətə götürülüb.
Bu gün Novxanıya getmək üçün toplaşan Müsavatın Nizami rayon təşkilatının üzvləri ilə polis arasında "Təbriz" kinoteatrının qarşısında insident baş verib. Rayon təşkilatının sədr müavinlərindən Əli Qasımov saxlanılaraq, polis bölməsinə aparılıb, iki saat sonra isə sərbəst buraxılıb.
Qeyd: Foto “Yeni Müsavat”ındır.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47