Aleksandr Jukov İçəri Şəhərdə olub
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən lent.az-a verilən məlumata görə, qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb, yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.
Daha sonra cənab Jukov Qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olub.
Gəzinti elektromobillərlə davam edib, Kiçik Qala küçəsində qonaq Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinə qonaq edilib.
Daha sonra nadir memarlıq incisi olan “Şirvanşahlar Sarayı Kompleksi” ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib. Kompleksə daxil olan tikililərdən biri olan Saray binasında sərgilənən rəsmlər və tarixi əşyalar cənab Jukovun marağına səbəb olub. Müasir kuklaçı - rəssam Elmira Abbaslının “İçərişəhərin obrazları” adlı sərgisi də qonağa nümayiş etdirilib.
Cənab Jukov Muzeyin təsisçisi Zərifə Salahovanın 27 il ərzində topladığı 6000-dən çox miniatür kitabın sərgiləndiyi Miniatür kitab muzeyində olub.
İçəri Şəhərin ən qədim məscidi olan Məhəmməd Məscidi (Sınıqqala) ilə tanışlıq zamanı rəsmi qonağa ötən il burada başa çatmış muzey konservasiyası işləri barədə informasiya təqdim edilib.
Sonda qonaq yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olmuş və burada İçəri Şəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47