“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”
Lent.az-ın məlumatına görə, kitabın təqdimatı keçirilib. Müxtəlif elm və ictimai-siyasi xadimlərin, tədqiqatçıların, gənclərin iştirakı ilə keçirilən təqdimat mərasimində tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dönəminə nəzər salınıb və Rəsulzadənin xidmətləri, onun Stalinlə münasibətləri, xatirələri haqqında müxtəlif müzakirələr aparılıb. Vurğulanıb ki, bu kitab 28 may Respublika günü münasibətilə təşkilat üzvlərinin istəyi əsasında nəşr olunub.
“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.
Kitab vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47