Elmar Məmmədyarov ABŞ-ın aparıcı KİV-lərinin nümayəndələri ilə görüşüb
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Nazir E. Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetləri haqda iştirakçılara geniş məlumat verib.
Nazir Azərbaycanın iqtisadi sahədə apardığı siyasətə toxunaraq, dövlətimizin regionda aparıcı dövlət olması, enerji sahəsində əldə etdiyi uğurlar, regional layihələrdə fəal iştirakı və bir çox beynəlxalq layihələrin müəllifi olduğunu jurnalistlərin diqqətinə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında geniş məlumat verən E. Məmmədyarov BMT TŞ-nın 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini təəssüflə qeyd edib.
Daha sonra nazir Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərə toxunaraq, bir çox sahələrdə aparılan uğurlu əməkdaşlıq barədə media nümayəndələrini məlumatlandırıb.
E. Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabr ayında keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri jurnalistlərin diqqətinə çatdırıb.
Sonra E. Məmmədyarov KİV nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47