Qənirə Paşayeva İsrailin 3 böyük universitetini ziyarət edib
İsrailin Hayfa şəhərində “Elm, Texnologiya və İnnovasiya: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili, Avropa Şurası Parlament Assambleyasının gender bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva konfrans çərçivəsində İsrailin 3 böyük universitetini ziyarət edib.
Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, o, Hayfa Universitetinin prezidenti Aaron Ben Zeev və rektoru David Faraqi, Herbu Universitetinin, Veizman Elm İnstitutunun rəsmiləri ilə görüşüb.
Bu ali məktəblərin rəsmiləri Azərbaycanla elm, təhsil sahəsində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıblar. Qənirə Paşayeva onlara və universitetlərin kitabxanalarına Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını özündə əks etdirən materiallar, eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, musiqisini özündə əks etdirən kitablar və materiallar təqdim edib.
Millət vəkili Hayfa şəhərinin meri Yona Yahav, merin müavinləri ilə də görüşüb. Qənirə Paşayeva onları Bakıya dəvət edib. Mer və merin müavinlərinə də Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, o cümlədən Azərbaycan musiqisi və mədəniyyəti ilə bağlı materiallar təqdim edilib.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47