Elmar Məmmədyarovun ABŞ-da görüşləri davam edir
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində 1 iyun tarixində Vaşinqtonda Minsk Qrupunun ABŞ tərəfdən həmsədri Robert Bradke ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib.
Nazir səfər çərçivəsində iyunun 2-də region üzrə tanınmış mütəxəssislər – Brookinqs İnstitutunun (Brookings İnstitute) ABŞ və Avropa Mərkəzinin Direktoru xanım Fiona Hill, Corc Vaşinqton Universitetin Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə Direktor müavini Kory Velt, Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Val, Ceymstaun Fondunun direktoru Qlen Hovard ilə görüşüb. E.Məmmədyarov Azərbaycanda müstəqil siyasətin aparılması, regionda aparıcı dövlət olması, regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması barədə geniş məlumat verib. Eyni zamanda, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında iştirakçıları məlumatlandırıb.
Nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb.
Görüşdə regional və qlobal məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov iyunun 2-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Məşvərət Şurasının üzvü, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Zbiqniev Bzejinski ilə görüşüb. Nazir ilk növbədə həmsöhbətinə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycanın apardığı daxili və xarici siyasəti haqda, ölkənin iqtisadi siyasətinə toxunaraq, əldə edilmiş son nailiyyətlər barədə məlumat verib.
Zbiqniev Bzejinski Azərbaycan ilə bağlı xoş xatirələrini bölüşüb, regional və qlobal proseslər haqda fikir mübadiləsi aparıb.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47