“Ermənistan Azərbaycanı müharibəyə çəkir”
“Ermənistan hər gün Azərbaycanı müharibəyə çəkir. Məcbur edir ki, Azərbaycan müharibəyə başlasın. Hər gün atəşkəsin pozulması, Azərbaycanda dinc sakinlərin yaşayış məntəqələrinin atəşə tutulması, beynəlxalq səviyyəli danışıqlarda ermənilərin öz mövqelərini dəfələrlə dəyişmələri, siyasi manipulyasiyalar etmələri, atəşkəsin pozulması nəticəsində hər iki tərəfin itkilər verməsi buna sübutdur”.
APA-nın xəbərinə görə, bunu cəbhə bölgəsində keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib. E.Sabiroğlu bu gün Azərbaycanda çox geniş və böyük silah arsenalının mövcud olduğunu da vurğulayıb.
Mətbuat xidmətinin rəisi son illər Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyinin yenidən qurulduğunu, əsgər kazarmaları ilə birgə, zabit və gizirlərin yaşayış səviyyəsinin yaxşılaşdırıldığını deyib.
Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Bakıda hərbi paradın keçiriləcəyi barədə suala cavabında nazirlik sözçüsü bunları deyib: “Vaxtı çatanda bu barədə, paradda hansı silahlı birləşmələrin, nə qədər hərbi texnikanın, canlı qüvvənin iştirak edəcəyi haqda məlumat veriləcək”.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47