Deputatlarımız Türkiyədə seçkiləri izləyəcək
Milli Məclisin deputatları Elxan Süleymanov və Fazil Mustafa AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün iyunun 5-dən 8-dək Norveçin Oslo şəhərində səfərdə olacaq. Lent.az-ın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə təşkilatda bərabərlik prinsipi, insan haqlarının qorunması sahəsində parlamentlərin rolu, Norveçdə insan hüquqları ilə bağlı vəziyyət, dində ayrı-seçkilik və dözümsüzlüklə mübarizə, Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyəti və digər məsələlər daxil edilib.
Səfər çərçivəsində “Avropada qanunun aliliyinin gücləndirilməsi” mövzusunda seminar keçiriləcək.
Norveçdəki tədbirlərdən sonra deputatlar Elxan Süleymanov və Fazil Mustafa Türkiyə parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün iyunun 9-dan 13-dək Ankarada səfərdə olacaq. Deputatlarımız prosesi Avropa Şurası Parlament Assambleyasının xətti ilə izləyəcəklər.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47