Nazir: “Əgər baza prinsipləri qəbul olunursa...”
Azərbaycanın xarici işlər naziri Parisdə fransız həmkarı Alen Jüppe ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov “Voice of America” radiostansiyasına müsahibəsində deyib: “Hazırda danışıqlar daha intensiv xarakter daşıyır. Prezidentlərin Kazan görüşündən sonra mən Parisə səfər etməyi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırıram”.
Nazir həmçinin əlavə edib ki, iyunun 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək: “Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin son təkliflərini müzakirə edəcəyik. Yalnız bundan sonra təkliflər prezidentlərə təqdim olunacaq. Əgər prezidentlər təklifləri qəbul etsələr, onda bu irəliyə doğru addım sayıla bilər”.
Elmar Məmmədyarov bildirib ki, razılaşdırılmamış məqamlar hələ də qalmaqdadır və həmin məqamlar üzərində iş davam edir: “Lakin baza prinsiplərinin razılaşdırılması gələ sülh sazişinin əldə olunması demək deyil. Prinsiplərin razılaşdırılmasından sonra hələ 70 il də sülh sazişi üzərində iş aparmağa yol vermək olmaz. Əgər baza prinsipləri qəbul olunursa, o zaman sülh sazişi üzərində də iş qısa müddətdə başa çatmalıdır”.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11