Qənirə Paşayeva Makedoniyanın türk əsilli naziri və Türk Demokrat Partiyasının sədri ilə görüşüb - FOTO
Millət vəkili Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Türk Demokrat Partiyasını ziyarət edib.
Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, o, partiyanın rəhbəri, millət vəkili Kənan Hasip və partiyanın üzvləri ilə görüşüb.
Görüşdə Makedoniyanın türk əsilli dövlət naziri Hadi Nezir də iştirak edib. Kənan Hasipin rəhbərlik etdiyi Türk Demokrat Partiyası iyunun 5-də keçirilən parlament seçkilərində hazırda iqtidarda olan Makedoniya Milli Birlik partiyası (VMRO) ilə koalisiya şəklində seçkilərə qatılıb. Parlament seçkilərində da Makedoniya Milli Birlik partiyasının (VMRO) və Makedoniya Türk Demokrat Partiyasının da daxil olduğu koalisiya qalib gəlib. Qənirə Paşayeva Türk Demokrat Partiyasının rəhbərliyini qazandıqları qələbə və partiyanın rəhbəri Kənan Hasipin yenidən millət vəkili seçilməsi münasibəti ilə təbrik edib.
Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib. Millət vəkili təkcə XX əsrin sonunda deyil, XX əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini xatırladıb. Qənirə Paşayeva Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da qeyd edib.
Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Demokrat Partiyasının öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib.
Azərbaycanı sevdiklərini bildirən Kenan Hasip və Hadi Nezir Azərbaycana səfər etmək istədiklərini söyləyiblər. Onlar həm ölkələri, həm də Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar. Kenan Hasip və Hadi Nezir Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını vurğulayıblar.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11