Əbülfəs Qarayev İraqın ölkəmizdəki səfiri ilə görüşüb
10 iyun 2011 16:58 (UTC +04:00)

Əbülfəs Qarayev İraqın ölkəmizdəki səfiri ilə görüşüb

Lent.az-ın məlumatına görə, nazir Ə.Qarayev ölkələrimizin bir-birinə tarixi əlaqələrlə bağlı olduğunu, bu əlaqələrin qədimliyini və yüz illərə söykəndiyini vurğulayıb. Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak isə öz növbəsində əlaqələrin digər sahələrini də inkişaf etdirməyin mühümlüyünü, ticari və iqtisadi, mədəni təmasların gücləndirilməsinin əhəmiyyətini qeyd edib.


Görüş zamanı səfir tərəfindən iki ölkə arasında turizm sahəsində əlaqələrin, xüsusən də dini ziyarətlərin aktivləşdirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması təklif olunub. Eyni zamanda, sözügedən sahədə danışıqlar aparılması və memorandumun imzalanması məqsədilə İraq Respublikasının turizm və tarixi abidələr naziri cari ilin iyul ayında Azərbaycana səfəri planlaşdırılıb. Daha sonra tərəflər Bakı ilə Nəcəf arasında çarter reyslərinin açılması, iraqlı turistlərin Azərbaycana gəlməsinin təşviq olunması, regional, qlobal və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün sonunda səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak səmimi görüşə görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib və iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu söyləyib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar