“Aland modeli başqa münaqişələrin həllində eynilə tətbiq olunmamalıdır”
APA-nın xəbərinə görə, bu sözləri İsveçin xarici işlər naziri Karl Bildt Dağlıq Qarabağ münaqişəsinin həllində Aland modelinin tətbiqinin mümkünlüyünə dair suala cavabında deyib. Nazir istisna etməyib ki, Avropada bu cür həll modellərindən istifadə oluna bilər: “Lakin hesab etmirəm ki, bu modellər eynilə tətbiq olunmalıdır. Aland adaları ilə bağlı səhv etmirəmsə, 1920-ci ildə referendum keçirilib. Nəticədə Finlandiya daxilində muxtariyyət yaradılması barədə razılaşma əldə edilib. İndi onlar xoşbəxt yaşayırlar. Başqa nümunələr də var. Məsələn, Cənubi Tirol. Orada amansız münaqişə vardı, zorakılıq törədilirdi. Lakin problem sülh yolu ilə həllini tapdı”.
Qeyd edək ki, Aland adaları Baltik dənizində arxipelaqdır və Finlandiyanın tərkibinə daxildir. 1917-ci ildə Aland sakinləri kollektiv şəkildə İsveç kralına müraciət edərək adanın İsveç krallığının tərkibinə daxil edilməsini istəyiblər. 1921-ci ildə Millətlər Liqası Şurası Aland adalarının statusuna dair yekun qərar qəbul edib. Finlandiya adalar üzərində suverenliyini saxlayıb, lakin yerli əhaliyə İsveç dilinin, mədəniyyətinin və yerli adətlərin qorunmasına dair təminat verib. Bu qərar adaların əhalisi tərəfindən də dəstəklənib.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11