Rusiya Xəzərə yeni raket kateri gətirir
Rusiya yaxın aylarda Xəzər dənizindəki hərbi donanmasını yeni gəmilər hesabına daha da gücləndirməyi planlaşdırır. Qarşıdakı yay aylarında Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasına əlavə 3 döyüş gəmisinin daxil edilməsi planlaşdırılır.
Lent.az-ın məlumatına görə, “Krasnaya Zvezda” qəzetinə müsahibə verən Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alyokminski bildirib ki, yaxın bir neçə ay ərzində 11661K sinfli “Dağıstan” tipli ikinci raket gəmisi donanmanın döyüş sıralarına daxil ediləcək. Flotiliyanın flaqman gəmisi olan, 2002-ci ildə silahlanmaya qəbul edilmiş eyni sinfli “Tatarıstan”dan fərqli olaraq ikinci gəmi daha müasirdir. Bu gəmi daha müasir radiotexnika sistemləri və silahlarla təchiz edilib. Yeni gəmi əlavə olaraq gəmilərə qarşı “Kalibr” raket kompleksi ilə də təchiz olunub.
Bunlardan başqa, Flotiliyanın döyüş sıralarına “Volqadonski” və “Mahaçqala” tipli kiçik artilleriya gəmilərinin və köməkçi gəmilərin daxil edilməsi planlaşdırılır.
Rəşad

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11