Müsavat Türkiyədəki seçkilərlə bağlı bəyanat yaydı
Partiyadan Lent.az-a daxil olan bəyanatda deyilir ki, dünənki seçkilər demokratiyanın əsl təntənəsinə çevrildi və istər Qərb, istərsə də Şərqdə bir sıra mühafizəkar siyasətçilərin və mütəxəssislərin müsəlman ölkələrinin demokratiyaya qadir olmadığı barədə uzun illər təkrarladıqları tezisləri bir daha alt-üst etdi.
Bəyanatda deyilir ki, son vaxtlar Qərbin bir çox yüksək çinli siyasətçiləri və hökumət rəhbərləri Türkiyəni Avropanın gələcəyi üçün açar ölkə adlandırması təsadüfi deyil: “Türkiyə təkcə Avropa üçün deyil, Yaxın Şərq və bizim region üçün də önəmli ölkədir və bu gün bu ölkədəki demokratiya modeli hazırda ciddi siyasi təlatümlər yaşayan ölkələr üçün də nümunə ola bilər və olmalıdır”.
Müsavat Partiyasının Divanı dünənki seçkiləri Türkiyənin demokratik gələcəyə doğru inkişafında mühüm mərhələ hesab edir: “Seçkilərin nəticələrinə görə AKP təkbaşına hökumət qura biləcək. Lakin ölkədə hər hansı ciddi bir islahatın həyata keçirilməsi siyasi qüvvələrin anlaşması şəraitində mümkün olacaq ki, bu da demokratik gəlişmə üçün mühüm amildir.
Divan azad və ədalətli seçkilərdə qələbə çalmış AKP-ni, millət vəkillərinin sayını artırmış CHP-ni, seçki ərəfəsi müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq parlamentdə təmsilçilik hüququ almış MHP-ni təbrik edir və Türkiyənin gələcəyi naminə birgə çalışmalarda onlara uğurlar, seçkilərdə yüksək fəallıq göstərmiş, öz iradələrini ortaya qoymuş türk xalqına isə xoşbəxt gələcək və firavan həyat arzulayır”.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11