“Razılaşdırılmamış məsələlər Kazan görüşündə müzakirə olunacaq”
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu bu gün gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə Tiflisdə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, bir neçə razılaşdırılmamış məsələnin qaldığını bildirib: “Danışdıq ki, bu məsələlər barədə prezidentlərə məlumat verək. Bu məsələdə beynəlxalq təcrübələr var. Bu məsələlər Azərbaycanda hüququ yox, siyasi xarakter daşıyır. Biz əgər yerimizdən tərpəniriksə, birdəfəlik tərpənəcəyik”.
E. Məmmədyarov konfliktin mərhələlərlə həll olunacağını, burada kommunikasiya və digərə məsələlərin nəzərə alınacağını deyib: “Biz Minsk Qrupunun planı üzrə hərəkət edəcəyik. Eyni zamanda bəzi məsələləri Minsk Qrupu ilə razılaşdırmaq lazımdır”.
O, Azərbaycanın əsas məqsədinin sadəcə danışıqlar prosesində iştirak deyil, nəticə əldə etmək olduğunu vurğulayıb. E. Məmmədyarov mövcud “status-kvo”nun heç kimi, xüsusən Azərbaycanı qane etmədiyini bildirib.
Nazir jurnalistlərin suallarına cavab olaraq Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar prosesində irəliləyişlərin olduğunu deyib: “Bu, ciddi məsələdir. Ciddi məsələlər gərək prezidentlər səviyyəsində müzakirə olunsun. Mən bu haqda prezidentə məruzə etmişəm. Razılaşdırılmamış məsələlər prezidentlərin Kazan görüşündə müzakirə olunacaq”.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11