MTN-in Akademiyasında Milli Qurtuluş Günü qeyd olunub
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib.
Lent.az xəbər verir ki, Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Qeyd olunub ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə Heydər Əliyevin xalqın israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olub.
“Ermənistan artıq dünya dövlətləri, eləcə də Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq qurumlar tərəfindən işğalçı ölkə kimi tanınır. Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar, Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun bariz təntənəsidir” deyə natiq bildirib.
Mərasimdə digər çıxış edənlər Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 iyun – Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salıblar, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirin sonunda yığıncaq iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11