Əli Həsənov beynəlxalq təşkilatlarının qarşısında şərt qoydu
“Azərbaycan bütün beynəlxalq təşkilatlara hörmətlə yanaşır və bu qarşılıqlı olmalıdır. Bizə də hörmətlə yanaşılmalıdır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, Azərbaycanda məcburi köçkünlərə bağlı layihə həyata keçirən istənilən təşkilat “Bu layihə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əziyyət çəkən insanlar üçün həyata keçirilir” fikrini ifadə etməlidir: “Əgər hansı təşkilat, hansı donor bunu demirsə, bu layihənin icrasına icazə verilməyəcək. Necə ola bilər ki, Azərbaycanda 20 ildir, məcburi köçkün həyatı yaşayan insanlar üçün layihə həyata keçirəsən, amma bir kəlmə də dilinə gətirməyəsən ki, bunlar ermənilərin təcavüzündən əziyyət çəkən insanlardır. Bu, düzgün deyil”.
Baş nazirin müavini Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü ilə bağlı suallara cavabında deyib ki, Qarabağ probleminin həllində maraqlı olan beynəlxalq təşkilatlar Azərbaycana yox, Ermənistana təsir etməlidirlər: “Azərbaycana niyə təsir etməlidirlər ki? Azərbaycanın torpaqları 20 ildir işğal altındadır. Azərbaycan 20 ildir bəyan edir ki, gəlin, problemi sülh yolu ilə həll edək. Ona görə birgə bəyanatlar veriləndə hər iki tərəfə eyni gözlə baxmaq, guya balans gözləmək düzgün deyil. Mənim şəxsi fikrimdir ki, hər iki tərəfə eyni qaydada nəyisə diktə etmək düzgün deyil. Birmənalı olaraq, Ermənistana təsir etmək lazımdır. Bütün dünya bilir ki, Ermənistan razılığa gəlmir. Ermənistan rəhbərliyi qeyri-konstruktiv mövqedədir. Qəti addımlar atmaq lazımdır ki, münaqişənin həlli ilə bağlı sülh müqaviləsi imzalansın. Azərbaycan xalqı nə qədər səbir etməlidir? Əgər beynəlxalq təşkilatlar Ermənistana təsir etsələr, ola bilsin ki, növbəti görüşdə nəticə əldə olunsun”.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30