Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları arasında görüş keçiriləcək
22 dekabr 2019 10:44 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları arasında görüş keçiriləcək

0

Sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.

APA-nın  yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə müxtəlif sahələrdə cari məsələlərin müzakirə ediləcəyi bildirilib.  Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub.

Qeyd edək ki, XİN başçılarının cari ilin oktyabr ayının 16-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşü Türkiyənin Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlaması ilə əlaqədar olaraq Ankaranın  müraciəti əsasında təxirə salınmışdı.

XİN başçıları arasında bundan əvvəlki, sayca 7-ci üçtərəfli görüş isə 2018-ci ilin 29 oktyabrında İstanbulda keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1218

Oxşar yazılar