Azərbaycandakı Monitorinq Mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01 dekabr 2020 17:16 (UTC +04:00)

Azərbaycandakı Monitorinq Mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq

0

“Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq: "Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2036

Oxşar yazılar