Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 17-də Hindistanın TV-9 telekanalının birbaşa efirində Hindistan ictimaiyyətini bu gecə Ermənistan ərazisindən Gəncəyə növbəti raket zərbələri endirmiş Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti barədə məlumatlandırıb.
Lent.az xəbər verir ki, E.Əmirbəyovun sözlərinə görə, “Elbrus” və “Toçka U” qanadlı raketlərindən istifadə edilməklə törədilmiş bu alçaq terror aktı nəticəsində Gəncənin 13 nəfər dinc sakini, o cümlədən 2 uşaq öldürülüb, 40-dan artıq adam yaralanıb. Yerevanda öz əməlləri ucbatından çıxılmaz vəziyyətdə qalan aciz cinayətkar rejim döyüş meydanında öz işğalçı silahlı qüvvələrinin tamamilə darmadağın olunmasının davam etməsi fonunda növbəti dəfə gecə vaxtı yuxuda olan dinc vətəndaşlara əl qaldırıb, özünün fərsiz hərbi avantürasının uğursuzluğunu günahsız mülki əhaliyə qorxaqcasına hücum yolu ilə kompensasiya etməyə çalışıb.
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən Gəncə və Azərbaycanın digər iri şəhəri Mingəçevir artıq dördüncü dəfədir ki, raket atəşinə məruz qalır. Bu, döyüş meydanında daha iri məğlubiyyətlərə uğrayacağını bilən Ermənistan rəhbərliyinin çarəsizliyinə və ümidsizliyinə sübutdur. Münaqişənin dinc yolla nizamlanmasını təkzib edən və humanitar atəşkəs haqqında Moskva razılaşmalarını kobud şəkildə pozan Ermənistan növbəti dəfə beynəlxalq birliyə meydan oxuyur. Ümidvarıq ki, beynəlxalq birlik və xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri insanlıq əleyhinə cinayətlər olan bu raket zərbələrinə sərt reaksiya verəcəklər.
E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və öz əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün qanuni hüququnu saxlayır və ağlını itirmiş düşmənin dərsini vermək, gələcəkdə bu cür qeyri-insani hərəkətlərin təkrarlanmaması üçün, o cümlədən düşmənin legitim hərbi hədəflərini, onların harada yerləşməsindən asılı olmayaraq neytrallaşdırmaq yolu ilə qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.
E.Əmirbəyov Hindistan auditoriyasını məlumatlandırıb ki, rəşadətli Azərbaycan ordusunun davam edən zəfər yürüşü nəticəsində bu gün, 27 illik işğaldan sonra Füzuli şəhəri və Füzuli rayonunun yeddi kəndi azad edilib. Azərbaycanın ermənilər tərəfindən hərbi işğalına son qoyulacağı, Şuşada və Xankəndidə Azərbaycan bayrağının qaldırılacağı gün uzaqda deyil.
E.Əmirbəyov daha sonra deyib: “Bu müharibə cinayətinin nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ilk növbədə, müharibə canisi olan baş nazir Paşinyanın üzərinə düşür, o, hökmən beynəlxalq tribunal qarşısında cavab verməli olacaq”.

Elçin Əmirbəyov Hindistanı Gəncə terroruyla bağlı məlumatlandırıb
Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30