Həzi Aslanovun 110 illiyi qeyd ediləcək
29 dekabr 2019 18:11 (UTC +04:00)

Həzi Aslanovun 110 illiyi qeyd ediləcək

0

Azərbaycan Prezidenti İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, Müdafiə Nazirliyi Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi tamam olur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1090

Oxşar yazılar