Azərbaycan və Ermənistan  tərəfi itkinlərlə bağlı görüş keçirdi
04 iyun 2025 10:04 (UTC +04:00)

Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. 

Lent.az xəbər verir ki, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882

Oxşar yazılar