Azərbaycanda növbədənkənar prezident seçkiləri ELAN EDİLDİ
07 dekabr 2023 12:04 (UTC +04:00)

Azərbaycanda növbədənkənar prezident seçkiləri ELAN EDİLDİ

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan ediləcək.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

# 13143
avatar

Oxşar yazılar