"Baycan" İranın molla rejiminə qalib gəldi
06 dekabr 2023 18:30 (UTC +04:00)

"Baycan" İranın molla rejiminə qalib gəldi

Bir müddət əvvəl İranın fars-molla rejiminin Təbrizdə adı "Baycan" olan azərbaycanlı körpəyə doğum haqqında sənəd verməməsi ilə bağlı xəbər vermişdik. 

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, körpənin valideynləri buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

İki ay davam edən məhkəmə çəkişməsi güneyli ailənin qələbəsi ilə başa çatıb.   

Şərqi Azərbaycan Qeydiyyat İdarəsi Təbriz Baş Məhkəməsinin qərarı ilə azərbaycanlı körpəyə "Baycan" adı ilə doğum haqqında şəhadətnaməni verməyə məcbur olub.

 

# 1809
avatar

Oxşar yazılar