Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi  - Seyfəddin
01 iyul 2025 09:11 (UTC +04:00)

Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin

“Yekaterinburq şəhərində Rusiyanın amansız güc strukturlarının qətlə yetirdiyi qardaşlarımın Bakıya gətirilmiş cəsədlərinin tanınması üçün dəvət olunduğum və iştirak etdiyim məhkəmə tibbi ekspertizisiyası zamanı gördüyüm mənzərə məni daha da dəhşətə gətirdi”.

Lent.az-ın məlumatına görə, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.

“Onların bədənindəki çoxsaylı ölümcül işgəncə izləri Rusiya tərəfinin qardaşlarımın ölüm səbəbi barədə uydurub yaydığı xəbərin tamamilə cəfəngiyyat olduğunu danılmaz şəkildə sübut edir”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar