Türkiyə MN: Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01 dekabr 2020 11:52 (UTC +04:00)

Türkiyə MN: Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb

0

"Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq". 

APA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter” hesabında paylaşım edib. 

Paylaşımda bildirilib ki, noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün videokonfrans vasitəsilə anlaşma memorandumu imzalanmışdı:

“Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və Saziş tamamlanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1414

Oxşar yazılar