ƏHD Partiyası:  Azərbaycan bundan sonra Avroviziyada iştirak etməsin
13 may 2024 15:14 (UTC +04:00)

ƏHD Partiyası: Azərbaycan bundan sonra Avroviziyada iştirak etməsin

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD)  İdarə Heyətinin iclasında milli-mənəvi dəyərlər və onu təhdid edən bir sıra məsələləri müzakirə edib.

Partiyadan Lent.az-a verilən məlumata görə, İdarə Heyəti hesab edir ki, Avroviziya mahnı müsabiqəsi son illər musiqi və yaxşı ifa müsabiqəsindən daha çox cinsi azlıqların təbliği arenasına çevrilib.

"Bu müsabiqə iqtidarın elan etdiyi milli-mənəvi dəyərlər sisteminə ziddir və həmin dəyərlər sistemini dağıtmağa hesablanıb. Azərbaycanın bir müsəlman ölkəsi olması və milli-mənəvi dəyərlərimiz baxımından İctimai Televiziyanın bu yarışda bundan sonra iştirakı və həmin “müsabiqə”nin yayımlanması məqbul sayılmamalıdır" deyə açıqlamada qeyd olunub.

ƏHD-çilər hesab edir ki, mədəniyyətimizin inkişafına xidmət edən mahnı müsabiqələri ölkəmizin daxilində təşkil olunmalı, musiqimiz mənəvi və ailə dəyərlərimizə zidd olmayan beynəlxalq festivallarda təbliğ olunmalıdır.

Qeyd edək ki, ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2868
avatar

Oxşar yazılar