Əli və Alyoşa  – Səbuhi Məmmədli yazır
30 sentyabr 2022 18:41 (UTC +04:00)

Əli və Alyoşa – Səbuhi Məmmədli yazır

Rusiyanın Gürcüstanla sərhədində əməlli tıcxac yaranıb. O yolu bir neçə dəfə keçmişəm. Necə deyərlər, dünyanın düz vaxtında orada minik və yük maşınlarının yaratdığı növbənin uzunluğu bəzən 20-30 kilometrə çatır. 

İndi isə dünyanın düz vaxtı deyil. Ümumiyyətlə, dünyanın heç vaxt düz vaxtı olmayıb. Amma indi, 21-ci əsrin 22-ci ilində dünyanın fövqəldövləti – ərazicə təbii - Avropanın ən böyük dövlətinə – yenə ərazicə - qarşı adını xüsusi əməliyyat qoyduğu müharibə aparır.  Və artıq 7-ci aydır ki, Azərbaycan da daxil bəşəriyyət bu qanlı müharibəni seyr edir.

Müharibə isə nəinki səngiyir, hətta yeni vüsət almaqdadır. İş o yerə çatıb ki, Rusiya adını qismən qoyduğu 300 minlik səfərbərlik elan edib. 

Səfərbərlik. Tanış ifadədi. Çox keçməyib, düz iki əvvəl Azərbaycanda da Vətən müharibəsinin başlanmasıyla bağlı qismən səfərbərlik elan edildi. Uzaq keçmiş deyil, yadınızdadırmı, on minlərlə gənc heç bir çağırış vərəqi gözləmədən belə hərbi komissarlıqlara axışırdı. Yaşı, sağlamlığı imkan verməyənlər belə Vətənin müdafiəsinə üz tutmuşdu. Heç kimin səfərbərlikdən yayınmaq ağlının ucundan bnlə keçmirdi. Orduya gedə bilməyənlər isə hamılıqla arxa cəbhədə fədakarlıq göstərirdi.

Qaçmaq, yayınmaq ən axırıncı yol sayılırdı. Çünki Azərbaycan Vətən müharibəsi aparırdı. Haqq idi, ədalətli idi. Evin tək oğlu gənc Əli belə valideyninin yalvarışına məhəl qoymayıb ən ağır döyüşlərə, ön cəbhəyə şığıyırdı.

İndi Rusiyada müharibə səfərbərliyi elan edilib. Azərbaycanlı Əlidən fərqli, gənc rus Alyoşa cəbhəyə yox, sərhədə, qonşu dövlətlərin sərhədinə üz tutur.

Gürcüstanla sərhəddə tıxacın uzunluğu bilinmir. İnsanlar sərhədə qədər gəldikləri avtomobilləri belə dəyər-dəyməzinə satıb vətənlərini tərk edirlər. Çünki bu onlar üçün Vətən müharibəsi deyil.  Onlar nəyin uğrunda döyüşə göndərildiklərini anlamırlar. Bilirisnizmi niyə? Çünki məntiq error verir. Niyə? Nəyə görə? Nədən meyitim Ukraynın  çöllərində qalıb qurda-quşa yem olmalıdır?

Təkcə Gürcustan sərhədimi? Qazaxıstanın Rusiya ilə sərhədindəki çöllərdə insanlıq dramı yaşanır. Monqolustan səhralığı Sibir və Uzaq Şərqdən qaçanlarla doludur.

İndiyədək elə az qala 300 min insanı isti yuvalarını qoyub bu mənasız müharibədən qurtulmaq üçün didərgin düşüb.

Hə, Alyoşa döyüşmək istəmir. Heç Alyoşanın sevgilisi Alyona da bunu arzulamır. Amma…

Amma Əlini nişanlısı Əsli özü göndərmişdi müharibəyə. Boynunu qucaqlayıb, “Salamat gəl, gözləyəcəyəm” deyə. 

Və Əli də qalib qayıtdı…

# 2058
avatar

Oxşar yazılar

İki il fəhlə işləyib, bir il sədr olan BDU-nin müəllimi – UNUDULAN MƏMURLAR

İki il fəhlə işləyib, bir il sədr olan BDU-nin müəllimi – UNUDULAN MƏMURLAR

6 dekabr 2022 , 20:15
Cənubi və Şimali Azərbaycan diasporlarının birgə işi qurulmalıdır

Cənubi və Şimali Azərbaycan diasporlarının birgə işi qurulmalıdır

6 dekabr 2022 , 15:23
Putin tez-tez  maşın sürür   – Kremldən AÇIQLAMA

Putin tez-tez maşın sürür – Kremldən AÇIQLAMA

6 dekabr 2022 , 14:43
İranla sərhəddə "Qardaş yumruğu" təlimlərindən gecə GÖRÜNTÜLƏRİ

İranla sərhəddə "Qardaş yumruğu" təlimlərindən gecə GÖRÜNTÜLƏRİ

6 dekabr 2022 , 09:32
"Bütöv Azərbaycan olacaq!" - Əhməd Obalı

"Bütöv Azərbaycan olacaq!" - Əhməd Obalı

4 dekabr 2022 , 13:59
Ermənilər Xocavəndi atəşə tutdular

Ermənilər Xocavəndi atəşə tutdular

3 dekabr 2022 , 18:50
Azərbaycan İrana nota verdi

Azərbaycan İrana nota verdi

3 dekabr 2022 , 18:28
İran jurnalistləri ən çox həbs edən 3 ölkədən biridir

İran jurnalistləri ən çox həbs edən 3 ölkədən biridir

2 dekabr 2022 , 15:05