Ermənilərə silah daşınmasına görə ordumuz tədbirlər görüb
25 mart 2023 16:52 (UTC +04:00)

Ermənilərə silah daşınmasına görə ordumuz tədbirlər görüb

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

# 1785
avatar

Oxşar yazılar

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

30 may 2023 , 20:34
Niyə qaraçıların  öz ölkəsi   yoxdur?

Niyə qaraçıların öz ölkəsi yoxdur?

30 may 2023 , 20:15
Liderlərin “böyük görüşü”  olacaq

Liderlərin “böyük görüşü” olacaq

30 may 2023 , 17:30
İsrail Prezidenti Azərbaycana gəldi

İsrail Prezidenti Azərbaycana gəldi

30 may 2023 , 10:25
Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

30 may 2023 , 10:08
Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

30 may 2023 , 09:43
İsrail Prezidenti Azərbaycana gəlir

İsrail Prezidenti Azərbaycana gəlir

30 may 2023 , 07:50
COEST qrupu işğaldan azad olunan ərazilərə səfər edib - FOTO

COEST qrupu işğaldan azad olunan ərazilərə səfər edib - FOTO

29 may 2023 , 19:54