Ermənistan gələcəyini yaxşılaşdırmaq üçün Azərbaycanla dialoqa başlamalıdır.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, Müdafiə və təhlükəsizlik daimi parlament komissiyasının rəhbəri, "Mənim addımım" hakim blokunun deputatı Andranik Köçəryan bunu Ermənistan parlamentinin bugünkü iclasında, parlament saatı zamanı açıqlayıb.
Deputat xüsusilə hesab edir ki, Ermənistan məğlubiyyətini etiraf etməli və qəbul etməlidir.
“Məğlubiyyəti qəbul etməli və irəliləməli, məsuliyyət səviyyəsini anlamalı və nəticədə nə qədər çətin olsa da qalib tərəflə dialoq qurmağa çalışmalıyıq. Böyük müharibələrdən sonra yenidənqurma prosesini keçmiş bütün ölkələr bu yolu keçiblər”, - o, vurğulayıb.
Onun fikrincə, Ermənistanla Azərbaycan arasında ikitərəfli diplomatik əlaqələrin qurulması "gələcəyin mənzərəsini dəyişə bilər".
Deputat baş verənləri unutmağı və diplomatik münasibətlərin bütün iqtisadi və hərbi risklərin qiymətləndirilməsinə əsaslandığını da qeyd edib.