Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş nazirinin görüşü başa çatıb.
Lent.az görüntüləri təqdim edir:
***
13:06
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.
Bu barədə APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir.

***
saat 12:45
Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Bu barədə APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.