Bakıda anbardan 70 min manatlıq  telefon və aksesuarlar oğurlandı
31 avqust 2026 14:18 (UTC +04:00)

Bakıda anbardan 70 min manatlıq telefon və aksesuarlar oğurlandı

0

Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar