Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur
31 avqust 2026 14:34 (UTC +04:00)

Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur

0

İsveçrə tikinti sektorunda ciddi işçi çatışmazlığı ilə üzləşib. Ölkədə hazırda 20 mindən çox boş iş yerinin olduğu bildirilir. Ən çox daş ustalarına və tikinti üzrə iş rəhbərlərinə ehtiyac var.

Lent.az xəbər verir ki, məlumata görə, kadr çatışmazlığının əsas səbəblərindən biri demoqrafik dəyişikliklərdir. Tikinti sektorunda çalışanların böyük hissəsi pensiya yaşına yaxınlaşır. Gənclər isə daha çox texnologiya, maliyyə, mühəndislik və əczaçılıq kimi fiziki baxımdan daha yüngül və yüksək gəlirli sahələrə üstünlük verirlər.

Digər səbəb İsveçrədə işsizlik səviyyəsinin çox aşağı olmasıdır. 2026-cı ildə ölkədə işsizliyin təxminən 2,2–2,3 faiz səviyyəsində olacağı gözlənilir. Bu da şirkətlərin yeni əməkdaş tapmasını çətinləşdirir.

İşçi çatışmazlığı maaşlara da təsir edib. Təcrübə, region və ixtisas səviyyəsindən asılı olaraq peşəkar daş ustasının aylıq qazancı 5 328 avrodan 6 927 avroya qədər dəyişə bilər.

Əlavə iş saatları, bonuslar və daha yüksək məsuliyyət tələb edən vəzifələrdə isə aylıq gəlirin təxminən 8 900 avroya qədər yüksələ bildiyi bildirilir.

İsveçrə tikinti şirkətləri kadr problemini aradan qaldırmaq üçün getdikcə daha çox xarici işçilərə üz tutur. Xüsusilə Portuqaliya, İtaliya, İspaniya və Almaniyadan gələn mütəxəssislərə tələbat artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar