Kəlbəcər ATƏŞƏ TUTULDU:  Hərbçimiz yaralandı
28 sentyabr 2022 19:49 (UTC +04:00)

Kəlbəcər ATƏŞƏ TUTULDU: Hərbçimiz yaralandı

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.
Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun həmin istiqamətdə dislokasiya olunan bölmələri adekvat cavab tədbirləri görüb.

Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

# 3279
avatar

Oxşar yazılar