Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri məlum oldu
08 dekabr 2020 18:10 (UTC +04:00)

Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri məlum oldu

0

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib.

A. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1398

Oxşar yazılar