“İlhamə Quliyevanın indiyə kimi itib-batan qohumları bu gün ortaya çıxıb, məndən ona qarşı sürdüyüm ittihamdan əl çəkməyi tələb edirlər. Bu işdə Flora Kərimovanı da günahlandırırlar. Əlbəttə, Flora Kərimovanın maraqları var. Ancaq o, məni heç nəyə məcbur etməyib”.
Lent.az-ın məlumatına görə, bunu Moskvadakı Nəsibə Zeynalova adına Teatrın rəhbəri Sərxan Quliyev (Kərəmoğlu) deyib.
S. Kərəmoğlu bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığını xatırladıb: “Orada bildirdilər ki, məni İlhamə Quliyevanın şikayəti əsasında çağırıblar. İlhamə Quliyeva şikayətində guya mənim onun pullarını mənimsədiyimi göstərib. Mənə şər atdığı üçün onu məhkəməyə vermişəm və Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişəm”.
S. Kərəmoğlu bildirib ki, İlhamə Quliyevanın şikayət ərizəsində yazdıqları böhtandır: “Şikayətimi geri götürməyəcəyəm. Yalnız İlhamə Quliyeva hamının qarşısında məndən üzr istəsə, bu işdən əl çəkərəm. O şikayət ərizəsində məni vətəni, torpağı, Azərbaycanı sevməməkdə günahlandırır. Ancaq mən Rusiyada konsertlər təşkil edirəm və həmin konsertlərdə Azərbaycanın bayrağı asılır. Bunun özü elə dövlət üçün iş görməkdir”.
Qeyd edək ki, S. Kərəmoğlu İ. Quliyevanın 15 min manat mənəvi təzminat ödəməsini istəyir. Bu iş üzrə növbəti məhkəmə prosesi dekabrın 4-də keçiriləcək.
Şəhriyar ƏLİZADƏ

“İlhamə Quliyeva məndən üzr istəməlidir”
1
0
1
0
Oxşar yazılar

Ermənistan digər dövlətlərin hesabına mövcud olub - Paşinyan
2 sentyabr 2025 , 09:55
Arzu Əliyevanın Birinci vitse-prezidentlə Çindən maraqlı fotoları
1 sentyabr 2025 , 14:15
İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
1 sentyabr 2025 , 12:46
İlham Əliyev Ərdoğanla görüşdü
1 sentyabr 2025 , 08:59
Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr elan edildi - MƏHKƏMƏ
28 avqust 2025 , 16:08
Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyib – ÖZ DİLİNDƏN ŞOK DETALLAR
27 avqust 2025 , 16:16
ABŞ Zelenskini prezidentlikdən uzaqlaşdırmaq istəyib – Plan niyə pozulub?
27 avqust 2025 , 14:58