[b]Aİ Qarabağdan narahatdır [/b]
25 may 2017 20:35 (UTC +04:00)

[b]Aİ Qarabağdan narahatdır [/b]

0

“Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən  silahlı insidentlərdən narahatdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister bildirib.  

 

Onun sözlərinə görə, Aİ münaqişə tərəflərini ATƏT Minsk Qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb.  

 

“Dağlıq Qarabağdakı status-kvo möhkəm deyil. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Aİ, tərəfləri atəşkəs rejiminə  və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə  çağıraraq, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir”, - deyə komitə rəhbəri qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar