Türkiyənin Kocaeli vilayətinin Dərincə rayonunda naməlum şəxs park edilmiş avtomobilin şüşələrini və güzgüsünü sındırıb.
Lent.az xəbər verir ki, hadisədən təxminən bir saat sonra geri qayıdan şübhəli avtomobilin üzərinə maye maddə tökərək onu yandırıb.
Yanğınsöndürənlər alovu söndürsələr də, avtomobil yararsız hala düşüb.
Hadisə təhlükəsizlik kameralarına düşüb. Polis şübhəlinin saxlanılması istiqamətində araşdırma aparır.