AŞPA həmməruzəçiləri Azərbaycana gəlib
15 iyun 2016 10:12 (UTC +04:00)

AŞPA həmməruzəçiləri Azərbaycana gəlib

0

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda Bakıya gəlib.

 

APA-nın xəbərinə görə, səfərdə əsas məqsəd iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində keçiriləcək təkrar parlament seçkilərini müşahidə etməkdir. Bundan başqa, həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü yerinə yetirməsi istiqamətində araşdırmalar aparacaq, görüşlər keçirəcəklər.

 

Xatırladaq ki, AŞPA-nın 5 müşahidəçisi təkrar seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Missiyanın rəhbəri Yordi Çukla təyin edilib. Y. Çukla 1 noyabr 2015-ci il Milli Məclisə keçirilən seçkilərdə dəAŞPA müşahidə missiyasının rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar