Azad Rəhimov gənclərin beynəlxalq “Böyük İpək Yolu”na qatılıb
19 iyun 2014 10:56 (UTC +04:00)

Azad Rəhimov gənclərin beynəlxalq “Böyük İpək Yolu”na qatılıb

0

İyunun 18-də gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın Saloniki şəhərində keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının III üzvlər iclasına qatılıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 28 ölkənin gənclərinin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirən nazir bu münasibətlə onları təbrik edərək, bu yeni platforma qısa müddətdə dünya gənclər hərəkatında öz yerini tapıb və sıralarını genişləndirərək beynəlxalq müstəvidə bir çox layihələr həyata keçirdiyini deyib: “Qeyd etməliyəm ki,  gələcəkdə də təşkilat tərəfdən irəli sürülən maraqlı ideyaları dəstəkləməyi Azərbaycan hökuməti öz üzərinə götürür”.

 

A.Rəhimov tədbir  iştirakçılarını  oktyabr ayında BMT-nin təşəbbüsü ilə Bakıda baş tutacaq "Gənclər siyasəti üzrə Qlobal Forum"a dəvət edib.

 

Daha sonra iclas seksiyalarda öz işini davam edib.


Eyni zamanda səfəri çərçivəsində nazir Saloniki şəhərinin meri Yannis Butarislə  və Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Yorqos Orfanocla da görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar