İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul edib
28 iyun 2014 15:54 (UTC +04:00)

İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul edib

0

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədri - ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.

 

Prezident İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar müzakirələrin aparılacağına ümidvar olduqlarını bildiriblər.
 

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar