İlham Əliyev Cəmil Çiçəyi qəbul edib
13 iyun 2014 17:48 (UTC +04:00)

İlham Əliyev Cəmil Çiçəyi qəbul edib

0

Prezident İlham Əliyev iyunun 13-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, TBMM-nin sədri C.Çiçək Türkiyə respublikasının prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirilib.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı zamanı dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb, ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək vermələrinin önəmi qeyd olunub.
 

Dövlət başçısı Türkiyə respublikasının prezidenti A.Gülün və Baş nazir R.T.Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 774

Oxşar yazılar