Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Fəxri xiyabanda olub. Lent.az-ın AzərTAca-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyub.
Akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.
Nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək şəhidlərin xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.