NATO təmas xəttində baş verənlərə görə narahatdır
05 avqust 2014 12:33 (UTC +04:00)

NATO təmas xəttində baş verənlərə görə narahatdır

0

NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır. APA-nın məlumatına görə, bunu NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue jurnalistlərə açıqlamasında deyib. 

 

U. Lahue NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğulayıb. O bildirib ki, münaqişədə gərginliyin yaranması tək Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhlükədir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1040

Oxşar yazılar