Prezident Xırdalanda bir neçə obyektin açılışını etdi- <span style="color:red;">YENİLƏNİB
03 oktyabr 2014 17:24 (UTC +04:00)

Prezident Xırdalanda bir neçə obyektin açılışını etdi- YENİLƏNİB

0

 

Prezident İlham Əliyev bu gün Xırdalan şəhərində bir neçə obyektin açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Xırdalanda musiqi məktəbinin açılışında iştirak edən dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Daha sonra prezident İlham Əliyev musiqi məktəbi ilə tanış olub.

Yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var.

Prezident İlham Əliyev Xırdalanda yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, 1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.

Prezident İlham Əliyev Xırdalanda şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə yaradılıb. Şahmat məktəbində yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, burada məşq otaqları və digər əlavə otaqlar var. Otaqlardakı komputerlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur.

Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.
 

 

***

 

 

16:23

 

 

Prezident İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, prezident Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

 


Məlumat verilib ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edilib ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var.

 

Sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Prezident İlham Əliyev həmçinin Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.


Son illərdə Abşeron rayonunda həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda aparılan yenidənqurma işləri ölkədə əhalinin istirahətinin yüksək səviyyədə təşkil olunmasının davamlı və kompleks xarakter daşıdığını təsdiqləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1738

Oxşar yazılar