Prezident İlham Əliyev Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.
Lent.az-ın məlumatına görə, Almaniyanın xarici işlər üzrə federal naziri ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğulayıb.
Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırlayıb, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd edib. O, Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident almaniyalı naziri qəbul edib
Oxşar yazılar

“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07