Prezident İlham Əliyev gürcü həmkarına başsağlığı verib
08 aprel 2018 12:45 (UTC +04:00)

Prezident İlham Əliyev gürcü həmkarına başsağlığı verib

0

Prezident İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

 

“Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar