Rəna Nəzərova Ukraynada deputat seçilib
08 iyun 2014 12:21 (UTC +04:00)

Rəna Nəzərova Ukraynada deputat seçilib

0

“Azərbaycanlı jurnalist Rəna Nəzərova Kiyev şəhər şurasında ilk azərbaycanlı deputat oldu”. Lent.az-ın anspress-əistinadənməlumatına görə, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib. Onun sözlərinə görə, Kliçko və Poroşenkonun qələbəsindən sonra azərbaycanlıların Ukraynada hansısa vəzifələrə, icra strukturlarına irəli çəkiləcəyi gözlənilir: "Bu haqda danışıqlar aparılır. İlk sevindirici xəbər Rəna Nəzərovanın Kiyev şəhər şurasına deputat seçilməsi oldu. Vilayətlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrləri və üzvləri ən yaxın gələcəkdə dövlət strukturlarında diasporumuzu təmsil edəcəklər. Azərbaycan diasporunun, eləcə də rəsmi Bakının bu məlum məsələlərdə Ukraynanın ən çətin anlarında yanında olması, ona dəstək verməsi bu danışıqlara əsas verir”.



Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Ukraynada keçiriləcək parlament seçkilərində də aktiv olacaqlarını qeyd edib.


Qeyd edək ki, jurnalist Rəna Nəzərovanın namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan irəli sürülmüşdü. O, Kiyev dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın “Kievski forum” proqramının baş redaktoru vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2804

Oxşar yazılar