Rusiya və NATO generalları Bakıda görüşür
10 iyul 2019 12:35 (UTC +04:00)

Rusiya və NATO generalları Bakıda görüşür

0
Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib.
 
APA-nın Rusiya bürosunun xəbərinə görə, V. Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.
 
V. Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşləri planlaşdırılır.
 
Qeyd edək ki, ötən ilin dekabrında V. Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə Bakıda görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1173

Oxşar yazılar