Zabitlərimiz xaricdə beynəlxalq tədbirlərdə iştirak edəcək
05 iyul 2014 20:46 (UTC +04:00)

Zabitlərimiz xaricdə beynəlxalq tədbirlərdə iştirak edəcək

0

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xaricdə keçirilməsi planlaşdırılan tədbirlərdə iştirak edəcəklər.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan hərbçiləri iyulun 6-dan 15-dək Fransanın paytaxtı Paris şəhərində I Dünya müharibəsinin 100 illiyi, Fransanın Milli gününə həsr olunmuş parada qatılacaqlar.

 

Qeyd edək ki, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Tiflis şəhərində hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 11-dək Marmaris şəhərində Beynəlxalq gəmi və liman təhlükəsizlik kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Vişkov şəhərində (Çexiya) Əməliyyat atıcılıq kursu keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 790

Oxşar yazılar